Sərnişinin tapmadığı bileti alverçi haradan alır
Yeni il bayramına iki gün qalıb. Hər tərəfdə canlanma müşahidə olunur. Kimi bayram bazarlığı edir, kimi ticarət mərkəzlərində hədiyyə axtarışındadır, kimi də paytaxtdan rayona - təzə ili öz evində, doğmaları ilə birlikdə qarşılamaq üçün tələsir. Sözsüz, belə təqvim günlərində ictimai nəqliyyatda, xüsusilə də Bakıdan bölgələrə hərəkət edən avtobuslarda sıxlıq yaranır.
Rayona gedənlər bilet sorağında...
Son iki gündə redaksiyamıza gələn zənglər arasında rayona getmək istəyən vətəndaşların şikayət xarakterli müraciətləri diqqət çəkir. Onlar avtovağzalda bilet tapa bilmədiklərini və bəzən süni qiymət artımı ilə rastlaşdıqlarını iddia edirlər. Bu müraciətləri nəzərə alıb məsələ ilə yaxından tanış olmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yollandıq.
Öncə qeyd edək ki, kompleksin ərazisi həmişəki kimi səliqəli idi. Avtobusların sıra ilə düzülüşü, növbəli hərəkət qrafiki dərhal sezilirdi. Şəhərin digər yerlərində olduğu kimi, burada da bayram əhvali-ruhiyyəsi hiss olunurdu. Eyni zamanda adəti üzrə bayramqabağı olduğuna görə, təhlükəsizlik tədbirləri də yüksək səviyyədə idi, mühafizəçilər çox diribaş görünürdülər...
Nəhayət, kassaya yaxınlaşıb bilet almaq istəyirik. Digər sərnişinlər kimi, biz də “rayona gedirdik”. Əvvəlcə kassaların önünə yapışdırılmış kiçik cədvəllər diqqətimizi çəkir, burada bölgələrə gedən avtobusların hərəkət istiqamətləri və aidiyyəti üzrə gediş haqqının dəyəri göstərilib. Qazax avtobuslarına bilet almaq istəyəndə isə 11-ci kassada çalışan xanım yanvarın 2-nə kimi bütün biletlərin satıldığını dedi. Sonra başqa kassaya yaxınlaşıb digər istiqamətlərə biletlərin olub-olmadığı ilə maraqlandıq. Cavab eyni idi: “Biletlər satılıb”. Avtobus dayanacağında isə kassada biletləri satılıb qurtaran istiqamətlər üzrə də reyslərdə boş yer tapmaq mümkün idi. Bəzi istiqamətlərdə hətta gediş haqqında da fərq var idi, məsələn, Qazax istiqamətində biletin qiyməti 7,26 manat olduğu halda dayanacaqda gəzişən dəllallar sərnişinlərdən həmin rayona bileti 10 manata təklif edirdilər. Və yaxud da Şəkiyə 5,63 manat bilet qiyməti təyin olunsa da, dəllalın istədiyi məbləğ 7 manat idi.
Kompleks gücləndirilmiş rejimdə işləsə də, işbazlar fəaliyyətdədir
Əlbəttə, belə məqamlarda vəziyyətdən istifadə edib süni şəkildə qiyməti qaldırıb “rahat yolla” gəlir əldə etmək istəyənlər ortaya çıxır. Baxmayaraq ki, xüsusi təqvim günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksində qiymət intizamına nəzarət komissiyası fəaliyyət göstərir, reysə çıxan avtobuslarda bu kimi halların qarşısını almağa çalışırlar. Amma yenə də dəllallar “fəaliyyətdədirlər”. Bəzən insanların hüquqlarını bilməməsindən və mövcud gediş haqlarının dəyəri haqqında məlumatsızlıqlarından məharətlə istifadə edirlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Yaşar İsakov bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar iş qrafikində dəyişiklik edilib. Belə ki, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimin
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
-
27 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
59 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















