Bu şəhərdə yaşayan 10 nəfərdən biri turizmdə çalışır - AZƏRBAYCANDA
Son illərdə beynəlxalq turizm mərkəzi kimi yerli və xarici turistlər arasında böyük şöhrət qazanan Naftalanda yaşayan əhalinin hər 10 nəfərindən biri bu şəhərdə fəaliyyət göstərən istirahət-əyləncə, müalicə və turizm mərkəzlərində çalışır.
Bu barədə Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, hazırda iqtisadiyyatının əsasını turizm xidmətlərinin təşkil etdiyi Naftalan şəhərində fəaliyyət göstərən “Naftalan Hotel Qashaltı”da 200, “Garabag hotel”də 200, “Chinar Hotel and Spa Naftalan”da 182, “Sehrli Naftalan”da 80, “Sanatoriya Kurort Birliyi”ndə 51, “Kəpəz Sanatoriyası”nda 38, “Müalicə və sağlamlıq Mərkəzi”ndə 35, “Möcüzəli Naftalan”da 34, “Şəfa vannaları”nda 19, “Gözəl Naftalan”da isə 13 nəfər olmaqla, ümumilikdə 852 nəfər bu sektorda çalışır.
Qeyd edilib ki, hazırda təmir-tikinti və yenidənqurma işləri davam etdirilən avtovağzal-otel kompleksi və “Naftalan Inn otel and SPA” mərkəzi istifadəyə verildikdən sonra bu şəhərdə fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərində daimi işlə təmin olunan vətəndaşların sayı 1000 nəfərə çatacaq.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























