Azərbaycan şirkəti Yunanıstanda sərgi-konfrans keçirib
28-29 noyabr 2017-ci il tarixində Yunanıstanın paytaxtı Afina şəhərində Azərbaycan şirkəti olan “FA International Trade Events”in təşkilatçılığı ilə “Beynəlxalq Yaşıl Gəmiçilik və Texnologiya” mövzulu sərgi-konfransı keçirilmişdir.
Konfransa “Beynəlxalq Gəmiqayırma Mühəndisliyi Assossiasiyası” (ISES), “Baltik ölkələri Limanları Təşkilatı” (BPO), “Yunan Gəmiçilik Komitəsi” (GSC), Türkiyə Gəmi İnşaatı Sənayeçiləri Birliyi (GISBIR), Avropa Dəniz Limanları Təşkilatı (ESPO), Beynəlxalq Gəmiçilik&Ticarət Asossiasiyası (WISTA) kimi beynəxalq qurum və təşkilatlar rəsmi dəstək verib/
200-ə yaxın beynəlxalq şirkət nümayəndəsinin iştirak etdiyi sərgi-konfransda beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri bağlanmış, biznes görüşləri baş tutmuş və tədbirdə yaddan qalan çıxışlar edilmişdir. Avropanın bir sıra ölkələrinin, həmçinin Yunanıstanın nazirlik nümayəndələri də tədbirdə iştirak etmiş və tədbiri yüksək qiymətləndirmişdirlər.
Qeyd etmək lazımdır ki, bu şirkətin ilk uğurlu tədbiri deyil. Bundan öncə 17-18 mart 2017-ci ildə “FA İnternational Trade Events” tərəfindən Bakı şəhərində “Beynəlxalq MDB Neft və Qaz sammiti” uğurla təşkil edilmişdir.
“FA International Trade Events” şirkət təşkil etdiyi tədbirlərdə daim ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin fərman və sərəncamlarını rəhbər tutmuş və fəaliyyətini bu istiqamətdə aparmağı qarşısına məqsəd qoymuşdur. Buna əsasən şirkət 17-18 aprel 2018-ci tarixində Bakı şəhərində “Beynəlxalq MDB Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzulu sərgi-konfransı təşkil edəcəkdir. Sərgi-Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal "nou-hau", xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.
Yunanıstanda keçirilən tədbirin qısa icmalı ilə aşağıdakı video-materialdan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)




