Yeni yaradılıb, gündəlik 9-10 ton süd istehsal olunur
Bərdə rayonunda yeni yaradılan nümunəvi heyvandarlıq təsərrüfatlarından biri Çələbilər kəndində fəaliyyətə başlayan 750 başlıq südlük-ətlik istiqamətli heyvandarlıq kompleksidir.
“SANİ” Kəndli Fermer Təsərrüfatı MMC tərəfindən yaradılan təsərrüfat 16 hektar ərazini əhatə edir. Kompleksdə 4 ferma, sağımxana, yem anbarı, ofis və digər tikililər yaradılıb, 2 yem paylayıcı qurğu, yem üyüdən və 3 traktor alınıb. Heyvanların yemlənməsi xüsusi qurğu vasitəsilə həyata keçirilir.
Təsərrüfatın direktor müavini Namiq Səfərov bildirib ki, kompleks İngiltərə, İtaliya, Türkiyə və İsrail istehsalı olan avadanlıqlarla təchiz edilib. Kompleks yaradılarkən Almaniya, Avstriya və Hollandiyadan lizinq yolu ilə 350 baş “Holştein-friz” və “Simmental” cinsli heyvanlar gətirilib. İki il ərzində heyvanların sayı artırılaraq 750 başa çatdırılıb ki, bunların da 295-i sağılan inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 29-30 litr südvermə qabiliyyətinə malikdir. Təsərrüfatda heyvanlar mexaniki üsulla sağılır. Sağım gündə üç dəfə aparılır. Heyvanlardan gün ərzində 9-10 ton süd sağılaraq emal müəssisələrinə göndərilir.
Kompleksdə inək və düyələr süni yolla mayalandırılır. 2017-ci ildə 150 başa yaxın sağlam cins buzov alınıb. Yeni doğulan dişi buzovlar yetişdirilərək, fermanın düyə ehtiyacını qarşılayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir.
Namiq Səfərov bildirib ki, heyvanlara düzgün qulluq göstərilir, onların sağlamlığı və qidalanması mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır. Yem rasionunun tərkibinə xüsusi diqqət yetirilir. Heyvanlar arpa, buğda, qarğıdalı, soya, çiyid, günəbaxandan hazırlanmış yem, keyfiyyətli yonca, silos, kəpək, müəyyən edilmiş normalarda mərmər tozu, duzla yemlənir. Düzgün yemlənmə süd istehsalının artımına da təsir göstərir.
Kompleksin yaradılması ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir. Belə ki, təsərrüfatda 40-a yaxın rayon sakini daimi işlə təmin olunub.
Sahibkarlara yaradılan şəraitdən, göstərilən dövlət qayğısından razılığını ifadə edən direktor müavini heyvanların yem təminatının ödənilməsi üçün təsərrüfata torpaq sahəsinin ayrılmasına ehtiyac olduğunu da bildirib. “Təsərrüfatımızda istifadə olunan yemlər demək olar ki, əsasən alınır. Yem bitkiləri – yonca, taxıl əkilməsi məqsədilə təsərrüfat üçün torpaq sahəsi ayrılarsa, kompleksdəki heyvanların yem təminatını özümüz ödəyə bilərik. Bu isə südün istehsal xərclərinin xeyli aşağı düşməsinə gətirib çıxarar, beləliklə də təsərrüfatımızı daha da genişləndirə bilərik”, – deyə Namiq Səfərov qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























