Bakıda Mentor Talks tədbiri keçiriləcək
22 Apreldə Pullman hoteldə 7 spikerin çıxış edəcəyi Mentor Talks tədbiri keçiriləcək.
#MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışları olan tədbirdir. Missiyası ilham verən çıxışları olan tədbirlər təşkil edərək, insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.
İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan tədbirlər özünü inkişaf, biznes, marketinq, texnologiya, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.
İlk tədbir özünü inkişaf kateqoriyasıdır. Sloqanı: Gələcəyini bu gün inşa et!
Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin çıxış edəcəyi Mentor Talks tədbiri 14:00-dan 18:00-a qədər davam edəcək.
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN), İanəli (39 AZN) və VIP (69 AZN) biletlərdən birini seçə bilərlər.
İanəli biletin digər biletlərdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq. VIP bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanacaqlar.
Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.
Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66
Tel: (012) 596 56 38
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






