Neftçaladakı avtomobil istehsalı üçün pis xəbər - PEUGEOT-DAN İRAN QƏRARI
Fransanın avtomobil istehsalçısı "PSA Group", İranın avtomobil şirkətləri ilə ortaqlıq fəaliyyətlərini 6 Avqusta qədər təxirə saldığını açıqlayıb.
Fransanın avtomobil istehsalçısı PSA, ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxması qərarından sonra bu ölkədəki fəaliyyətlərini 6 Avqusta qədər təxirə saldığını açıqlayıb.
"Marja"nın məlumatına görə, "Peugeot" və "Citroen" kimi avtomobil brendlərinin daxil olduğu PSA Qrupundan verilən açıqlamada, bir razılaşma əldə etmək məqsədilə ABŞ rəhbərliyilə müzakirələrin davam etdiyi bildirildiib.
Açıqlamada, "14 İyul 2015-ci ildə Vyanada imzalanan nüvə müqaviləsi və ardından 16 Yanvar 2016-da İrana tətbiq edilən sanksiyaların ləğv edilməsindən sonra, PSA Qrupu, 21 İyun 2016-da "İran Khodro" şirkəti və 6 Oktyabr 2016-cı ildə "Saipa" şirkətilə tərəfdaşlıq müqaviləsi imzalamışdır",- ifadəsinə yer verərək, bu müqavilələrin ABŞ, Avropa Birliyi (AB) və Fransa qanunlarına tam uyğun olduğu qeyd olunub.
ABŞ-ın 8 Mayda nüvə müqaviləsindən çıxması qərarı verməsilə əlaqədar olaraq, "6 Avqusta qədər ABŞ qanunlarına uyğun olmaq məqsədilə PSA Qrupunun bu müqavilələri təxirə salma prosesini başlatdığı" bildirilərək, Fransa hökumətinin dəstəyi ilə Qrupun möhlət əldə etmək üçün ABŞ rəhbərliyi ilə danışıqları da davam etdirdiyi bildirilib.
Açıqlamada, PSA Qrupunun məsələ ilə bağlı prosesləri yaxından izlədiyi və əlaqədar ölkələrin rəhbərləri ilə ünsiyyətdə olunduğu vurğulanıb.
PSA, ötən il İranda 444 mindən çox avtomobil satmış, 2030-a qədər bu rəqəmləri üç dəfə artırmağı qarşısına məqsəd qoyduğunu bildirmişdi.
Qeyd edək ki, Azərbaycanın “AZƏRMAŞ” şirkəti tərəfindən Neftçala Sənaye Məhəlləsində "İran Khodro" avtomobillərinin istehsalı zavodu qurulmuşdur. Gələcəkdə zavodda "Renault" və "Peugeot" bir sira modellərinin istehsalı planlaşdırılır. Fransa şirkətinin "İran Khodro" ilə əməkdaşlığı dayandırması Neftçala Avtomobil Zavodunun fəaliyyətinə də pis təsir edə bilər. Çünki texnologiyalar Avropa istehsalçılarına aiddir.
ABŞ Prezidenti Donald Trump, 8 Mayda Ağ Evdə verdiyi açıqlamada, ölkəsinin İran ilə bağlanmış nüvə müqavilədən çıxdığını və İrana ağır iqtisadi sanksiyaların yenidən həyata keçiriləcəyini bildirmişdi. İran Prezidenti Həsən Ruhani isə nüvə müqaviləsinin digər 5 ölkə arasında davam edəcəyini bildirmişdi.
Sözügedən müqavilə, keçmiş ABŞ Prezidenti Barak Obama dövründə İran ilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa) ilə Almaniya və İran arasında 14 İyul 2015-də imzalanmışdı. Sazişə imza atan digər ölkələr, nöqsanlar aradan qaldırılaraq müqavilənin qorunması lazım olduğunu bildirirlər.
Azərbaycanın İqtisadiyyat Nazirliyinin bu ilin Mart ayında yaydığı məlumatda deyilirdi:
Martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir. “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
-
9 d. əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 43 d. əvvəl
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 54 d. əvvəl
-
56 d. əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Azərbaycan neftinin son qiyməti
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir


















.jpg)





