Pambıq və tütün istehsalçılarına subsidiyanın ödənişi başlayır - qərar qəbul edildi
Nazirlikdən verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, bu ildən başlayaraq istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.
Respublika Komissiyasının iclasında pambıq və tütün istehsalçılarına pambıq və tütünün miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi ilə bağlı 2 rayon (şəhər) komissiyasından və Kənd Təsərrüfatı Nazirliyinin 28 rayon(şəhər) idarəsindən daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 24 rayon (şəhər) üzrə 4 145 istehsalçıya təhvil verdikləri 88 728,1 min ton xam pambığa görə 8 872,8 min manat və 7 rayon üzrə 197 istehsalçıya təhvil verdikləri 927,6 ton quru və 9 981,1 ton yaş tütünə görə 96,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.
Pambıq və tütün istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq və tütün istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq və tütünün miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (www.agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"






















