ABŞ-da güclü məlumatlar çıxdı, Fed-in faiz artıracağı ehtimalı artdı
ABŞ-da pərakəndə satışlar Yanvarda gözləntini aşdı
ABŞ-da pərakəndə satışlar, Yanvar ayında proqnozların üzərində artım qeyd edərək istehlakçıların 2017-ci ilin əvvəllərində iqtisadiyyatı dəstəklədiyini göstərib.
“Marja” xəbər verir ki, ABŞ Ticarət Nazirliyi tərəfindən Çərşənbə günü verilən açıqlamaya görə, ABŞ-da pərakəndə satışlar göstəricisi, Yanvar ayında 0.4 faiz artım qeyd edib. Ekspertlərin proqnozu, göstəricinin sözügedən dövrdə 0.1 faiz artacağı istiqamətində idi.
"Pərakəndə satışların gələcək aylarda yaxşı səviyyələrdə baş verdiyini görəcəyik. Məşğulluğun və əməkhaqlarının artması istehlakı artırır. 2017-nin hekayəsi yenə istehlakçının iqtisadiyyatının dinamosu olduğu bir hekayə olacaq",- Moody's Analytics Inc-ın analitiki Ryan Sweet bildirib.
ABŞ-da inflyasiya Yanvarda 4 ilin ən böyük artımını qeyd edib
Digər bir məlumata görə, ABŞ-da inflyasiya Yanvar ayında 4 ilin ən böyük artımını qeyd edib. ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Yanvar ayında aylıq 0.6% artıb. İnflyasiya illik əsasda da 2.5% artaraq 2012-dən bəri ən böyük yüksəlişi həyata keçirib.
Ərzaq və enerji qiymətlərinin daxil olmadığı baza inflyasiya isə aylıq 0.3% ilə 5 ayın ən böyük artımını qeyd edib. Baza inflyasiya 2016-ci ilin Yanvar ayına görə isə 2.3% artıb. Ekspertlərin proqnozu baza inflyasiyanın aylıq 0.2%, illik 2.1% artması istiqamətində idi.
Gözləniləndən yaxşı gələn göstəricinin Fed-in bu il həyata keçirəcəyi əlavə faiz artımlarına kömək edəcəyi bildirilir. Fed-in üstünlük verdiyi PCE qiymət indeksi Aprel 2012-dən bəri bankın 2% olan hədəfinin altında qalır. İndeks keçən ili 1.6% artımla başa vurmuşdu.
FAİZİN ARTIRILMASI EHTİMALI 40%-İ KEÇDİ
İstehlakçı qiymətləri və pərakəndə satışlar göstəricilərinin gözlənildiyindən daha yüksək çıxmasının ardından, Fed-in Mart ayındakı Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısında faiz artırması ehtimalı 42%-ə yüksəlib.
Göstəricilər öncəsi bu ehtimal 34 faiz səviyyəsində idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























