Yanvarda Azərbaycanda neft hasilatı 4,2 faiz azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar ayında 3,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.
Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 4,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artmışdır.
Emal sektorunda içkilərin istehsalı 32,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2 faiz, kağız və karton istehsalı 17,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,4 dəfə, tikinti materiallarının istehsalı 2,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 35,2 faiz, hazır metal məmulatlarının istehsalı 27,3 faiz, kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 23,6 faiz, mebel istehsalı 81,5 faiz artmış, qida məhsullarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 43,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7 faiz, poliqrafiya məhsullarının istehsalı 67,4 faiz, neft məhsullarının istehsalı 10,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 55,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,0 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,0 faiz artmış, neft sektorunda isə 1,0 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)







