Dubayın lüks otel şəbəkəsi Azərbaycan bazarı ilə maraqlanır
Dubayın lüks otel şəbəkələrindən biri Azərbaycanda otelini açmaq niyyətindədir.
Bunu “Marja”ya “New ERA Travel” şirkətinin direktoru Elçin Rüstəmov bildirib.
"Dubayın böyük otel şəbəkələrindən biri Azərbaycanda otelinin açılması ilə maraqlanır. Şirkət Azərbaycana investisiya yatırmaq niyyətindədir. Qrupun nümayəndələri ilə ilk görüşümüz May ayında Dubayda oldu. Sentyabr ayında isə şəbəkənin nümayəndələri ölkəmizə gələrək burada bir neçə yer ilə tanış oldular".
Elçin Rüstəmov qeyd etdi ki, Dubay şəbəkəsinin Azərbaycan bazarına daxil olması münasib yerin tapılmasından asılı olacaqdır:
“Hazırda da danışıqlarımız davam edir. Bakıda mərkəzə yaxın, dəniz mənzərəli, “apartment” üslubunda, 5 ulduzlu, ən azı 60 otağı olan lüks otellə maraqlanırlar. Sentyabrda nümayəndələr ilə bir neçə yerə baxdıq, amma onların istəyinə uyğun yer tapa bilmədik. Hal-hazırda Bakıda yerlər müəyyən edərək, foto və video görüntlərini hazırlayırıq. Bu materialları qarşı tərəfə təqdim edəcəyik. Diqqəti çəkən yerlər olarsa şəbəkə nümayəndələrini növbəti dəfə Azərbaycana göndərəcəkdir. Əgər şəbəkənin standartlarına uyğun otel tapılacaqsa, həmin otel satın alınacaqdır. Bu münkün olmasa yeni otelin tikintisi nəzərdən keçiriləcəkdir”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























