Daha üç mağazası bağlanıb
“Çudo Peçka” mağazalar şəbəkəsinin daha üç mağazası bağlanıb.
Uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.
Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir. Eyni zamanda əldə etdiyimiz məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda “Çudo Peçka”nın yalnız metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.
Məlumatı təsdiqləmək üçün şirkətin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkdik. Müşahidə etdik ki, doğrudan da mağazanın qarşısından “Çudo Peçka”nın adı götürülüb. İçəridə satış olsa da, bildirildi ki, bura artıq “Çudo Peçka” olaraq fəaliyyət göstərməyəcək.
Onu da xatırladaq ki, “Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.
İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.
Əldə etdiyimiz məlumata görə, əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.
© Musavat.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)





