ARDNF-nin rəsmi internet səhifəsi yenilənib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) www.oilfund.az internet ünvanında yerləşən və 2001-ci ildən fəaliyyət göstərən internet səhifəsi yeni dizaynda və tərtibatda istifadəçilərin ixtiyarına verilib.
Saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin ARDNF haqqında daha ətraflı məlumatlandırılmasına kömək etmək və Fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.
İnternet səhifənin istifadəsində operativliyin artırılması məqsədilə saytda məzmun baxımından dəyişikliklər edilib, bir sıra bölmələrdə informasiyalar infoqrafik qaydada tərtib edilərək vizuallaşdırılıb və səmərəlilik baxımından müxtəlif bölmə və hissələr yeni qaydada qruplaşdırılıb.
Saytın ana səhifəsində ARDNF və onun fəaliyyəti barədə dolğun informasiyanı əhatə edən 4 əsas bölmə yerləşir: “Fond”, “Hesabat və statistika”, “İnvestisiya” və “Layihələr”.
“Fond” bölməsində ARDNF-nin tarixi, məqsəd və fəlsəfəsi, mükafatları, loqosu və inzibati binası barədə məlumatları əhatə edən “Fond haqqında” alt bölməsi, ARDNF-nin idarəetmə strukturu, rəhbərliyi barədə məlumatlar, struktur bölmələrin əsasnamələrinin yerləşdirildiyi “İdarəetmə” alt bölməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığını, Suveren Fondların Beynəlxalq Forumu və Santyaqo prinsipləri barədə məlumatları əhatə edən “Beynəlxalq əlaqələr” alt bölməsi, ARDNF-nin fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirən qanun, fərman və sərəncamlar, o cümlədən Fondun və Azərbaycan Respublikasının dövlət büdcəsi barədə sənədləri əhatə edən “Hüquqi sənədlər” alt bölməsi, ARDNF-nin ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, Fond barədə yeniliklərə dair xəbərləri, foto və video materialları, elanları, ARDNF-nin rəhbərliyinin çıxış və təqdimatları, xəbərlər arxivi, faydalı keçidlər, sual-cavab, ARDNF haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazılar və ictimaiyyətin Fondun fəaliyyətinə dair rəy və təkliflərini qeyd edə biləcəyi elektron müraciət formasının yerləşdirildiyi “Mətbuat guşəsi” alt bölməsi, ARDNF-nin işə qəbul prosesi, mövcud vakansiya və təcrübə imkanları haqqında məlumatların yer aldığı “Karyera imkanları” alt bölməsi yerləşir.
Saytın “İnvestisiya” əsas bölməsində ARDNF-nin investisiya siyasəti və investisiya portfeli, vəsaitlərin idarə edilməsini həyata keçirən xarici menecerlər, ARDNF-nin aldığı daşınmaz əmlaklar və qızıl barədə məlumatlar və Fondun investisiya fəaliyyətinin nəticələrinə dair rüblük təqdimatlar yerləşdirilib.
“Layihələr” adlı əsas bölmə Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr barədə ətraflı məlumatları əhatə edir.
“Hesabat və statistika” əsas bölməsi Fondun fəaliyyətinə dair ümumi statistik göstəricilər və son rəqəmləri, ARDNF-nin büdcəsinə dair məlumatları, illik hesabatları, gəlir və xərclər barədə rüblük hesabatları, Fondun maliyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit olunmuş hesabatları, Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə ümumiləşdirilmiş və icmal hesabatları, həmçinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) hesabatlarından ibarət arxivi əhatə edir.
İctimaiyyət və media nümayəndələri saytda “Əlaqə” bölməsində yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara cavab ala bilərlər. Bu bölmədə həmçinin ARDNF-nin ünvanını əks etdirən xəritə və Fonda gəlmək üçün istifadə olunan nəqliyyat vasitələri, ARDNF-lə əlaqə üçün telefon və elektron poçt ünvanları barədə məlumatlar yerləşdirilib.
Sayt istifadəçiləri saytı ziyarət edərkən gündəlik yenilənən əsas xarici valyutaların məzənnələri, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti ilə də tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
4 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























