Bu şəhərdə otellər 80 faiz doldu
Yeni il bayramı ilə əlaqədar artıq Naftalandakı otel və istirahət mərkəzlərində yerlərin 70-80 faizi əvvəldən sifariş olunub.
Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Yeni il bayramına 10 gün qalmasına baxmayaraq, şəhərdə yerləşən 353 yerlik “Chinar Hotel & Spa Naftalan”, 264 yerlik “Garabag Resort & Spa” və 342 yerlik “Gashalti Health Hotel”də nömrələrin 70-80 faizi artıq sifariş edilib.
Hazırda Yeni il bayramı ilə əlaqədar bu turizm obyektlərində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilir. Bayram günlərində müxtəlif şou proqramlar təşkil olunacaq.
Həmçinin şəhərdəki istirahət mərkəzləri tərəfindən qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. Paketə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil olunan şou proqramlarda iştirak etmək imkanı daxildir.
Bu il də Naftalanda yeni ili qarşılamaq istəyənlər arasında xarici ölkə vətəndaşları çoxluq təşkil edir. Xüsusən də Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarusdan olan vətəndaşlar Naftalanı seçirlər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















