ABŞ-da neft istehsalı rekord səviyyədə - OPEC+UN PLANI PUÇ OLUR
ABŞ-ın kommersiya xam neft ehtiyatları, keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,7 milyon barel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 2,7 milyon barel azalaraq 437,1 milyon barelə gerilədiyini açıqlayıb. Bazar proqnozu, ehtiyatların 1,3 milyon barel azalacağı istiqamətində idi.
ABŞ-ın benzin ehtiyatları, keçən həftə 7,5 milyon barel artaraq 255,6 milyon barelə yüksəlib. Bir əvvəlki həftə isə benzin ehtiyatlarındakı artım miqdarı 8,1 milyon barel təşkil etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.
NEFT İSTEHSALI ARTIB
ABŞ-ın xam neft istehsalı, keçən həftə gündəlik ortalama 200 min barel artıb. Beləcə, 5 Yanvar -11 Yanvar həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 11,9 milyon barellə yeni rekord səviyyəyə qalxıb. Neft hasilatı son 53 həftədə 42-inci dəfə artıb.
EIA-nın Dekabr hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 12,1 milyon barel olacağı təxmin edilir.
ABŞ-da artan istehsalla əlaqədar olaraq neft qiymətləri düşüb.
ABŞ-da xam neft istehsalının rekord səviyyəyə qalxması OPEC+ koalisiyasının hasilatı azaltması planını puç edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 7 d. əvvəl
-
17 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 25 d. əvvəl
-
47 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 49 d. əvvəl
-
54 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib



















