"Kümxana çadırları verilərsə, məhsul istehsalı daha çox artar”
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəki rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son illər rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.
Rayonun Böyük Dəhnə kənd sakini Alı Əliyev uzun illər fasilədən sonra üçüncü ildir ki, yenidən baramaçılıqla məşğul olur. Əliyevlər ailəsi ötən il 2 qutu, yəni 40 qrama yaxın ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 120 kiloqram yaş barama istehsal edib.
Alı Əliyev baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Baramaçılıq əvvəllər də Böyük Dəhnə kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri olub. Kolxoz və sovxozların ləğvindən sonra bu sahəyə diqqət tamamilə zəifləmişdi. Sevindirici haldır ki, Prezidentimizin diqqət və qayğısı sayəsində baramaçılıq yenidən öz inkişaf dövrünü yaşayır. İndi kəndimizdə onlarla ailə baramaçılıqla məşğul olur. Kümçülərimiz 2017-ci ildə 6 ton, ötən il isə 7 ton yaş barama istehsal ediblər. Keçən il bu ailələr baramaçılıqdan, ümumilikdə, 63 min manat gəlir götürüblər. Mən təkcə bir ay ərzində barama saxlamaqla ailə büdcəmi 1000 manatdan çox artırdım. Yaş baramanın bir kiloqramının qiymətinin 9 manat olması, kənd əhalisinin bu sahəyə marağını daha da artırıb”.
Bu il barama istehsalını 150 kiloqrama çatdırmağı planlaşdırdığını bildirən şəkili kümçü deyib: “Baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tezliklə öz müsbət nəticəsini göstərəcək. Mövsüm zamanı istehsalçılara səyyar kümxana çadırları verilərsə, işimiz asanlaşar, məhsul istehsalı daha çox artar”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























