"Hazırda 5-10 min manat pensiya alan vətəndaşlarımız var"
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib.
Nazir bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar: “Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib məqam odur ki, biz sığorta şirkətlərinin, bazarda sığorta alətlərini genişləndirməsi üçün onlara müxtəlif güzəştlər veririk. Lakin bunu yüz faizlik güzəşt kimi tətbiq etmək də düzgün olmazdı. Ona görə də aparılan araşdırma zamanı belə qərara gəlindi ki, artıq onlar üçün bir neçə yüz faizlik güzəşt var və bu güzəştdən yararlanaraq müəyyən bazara sahib olublar. Bu üzdən o güzəştlər 50%-ə endirildi. Yəni istənilən şəxs həyatın yığım sığortasına müraciət edən zamanı onun əmək haqqının 50%-i tam şəkildə güzəştlərdən yararlanacaq, digər 50%-i isə pensiya sisteminə yönəldilərək sosial sığorta haqqı ödəyəcək”.
S.Babayev qeyd edib ki, insanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar: “Sosial sığorta vergi deyil. Vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir. Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir. Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır. Bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var. Sırf sosial sığorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqal şəkildə göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır. Ona görə cənab prezidentimiz növbəti dəfə böyük humanist addım atdı. Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanların pensiyasını artırdı. Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)
