Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı faizləri dəyişdirmədi
Avropa Mərkəzi Bankı faiz dərəcələrində və aktiv alışı proqramında gözlənildiyi kimi dəyişikliyə getmədi. "Marja" xəbər verir ki, Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%, marginal borc vermə faizini isə 0.25%-də saxlayıb.
Bank faiz dərəcələrinin uzun bir müddət mövcud və ya daha aşağı səviyyələrdə qalacağını bildirib.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar da Avropa Mərkəzi Bankının faiz nisbətlərində bir dəyişikliyə getməsini gözləmirdi.
AMB həmçinin mənzərə pisləşərsə aktiv alışı proqramının (qiymətli kağızların alışı) məbləği və ya müddətinin uzadıla biləcəyini təkrarlayıb. Qərardan sonra avro düşərək 1.0551 dollardan əməliyyat olunub.
AMB 2016-nın son toplantısında aktiv alışı proqramını Mart 2017-dən Dekabr 2017-yə uzatmış, aylıq 80 milyard avro olan alış proqramının Apreldən etibarən 60 milyard avroya salınacağını bildirmişdi. Beləliklə, cəmi alış miqdarının 2.28 trilyon avroya çatacağı gözlənilir.
AMB-nin Avro Bölgəsi xəzinə istiqrazları almağa başlamasından düz 2 il sonra inflyasiya hədəfinin üzərinə çıxıb və təşviqin azaldılması çağırışları artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























