“Qala Sığorta” mənfəətə çıxıb
“Qala Sığorta” ASC 2016-cı ili 226 min 641 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2015-ci ilin yekunu üzrə 385 min 813 manat zərər açıqlamışdı.
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Qala Sığorta”nın cəmi gəlirləri 5 milyon 992 min manat, cəmi xərcləri isə 5 milyon 739 min manat təşkil edib. Şirkətin sığorta haqları üzrə gəliri 4 milyon 642 min manat, investisiya gəliri isə 657 min manat olub.
31 Dekabr 2016-cı il tarixinə “Qala sığorta” 10 milyon 984 min manat cəmi aktivlərə, 3 milyon 94 min manat cəmi öhdəliklərə, 7 milyon 890 min manat cəmi kapitala malik olub. Şirkət 2015-ci ilin sonunda 8 milyon 654 min manat cəmi aktivlərə, 2 milyon 254 min manat cəmi öhdəliklərə, 6 milyon 401 min manat cəmi kapitala malik id.
Ötən il “Qala Sığorta”nın nizamnamə kapitalı 6786500 manatdan 8050000 manata qaldırılıb.
30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







