Azərbaycan bankının adı dəyişdirildi
"Nikoil Bank" rebrendinq prossesinə başladı və verilən məlumata görə, bu yenilik öz əksini bankın adında, müştərilərə göstəriləcək xidmət səviyyəsində və bankın yeni filiallarının artımında tapacaq.
"Nikoil Bank" yeni adını və korporativ stilini təqdim edib. Bankın yeni adı "Yelo"dur.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Bankın yeni adı "Yelo" - ingilis sözü "Yellow"nun (sarı) stilizə olunmuş təsfiridir.
"Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır. Sarı rəng həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yeni "Yelo Bank" daha da parlaq, çevik, sürətli, rahat anlaşan, etibarlı və ən əsası da dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı Azərbaycan sakinlərinin bank təcrübəsini yeniləyərək onların daha böyük nailiyyətlər əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur",- Bankın məlumatında deyilir.
Bankın yeni şüarı - “Parlaq Bankçılıq”dır.
Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanması nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, veb-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və "Yelo Bank" ilə əvəzlənəcək.
Bankın yaydığı məlumatda bildirilir ki, “Parlaq Bankçılıq”- "Yelo Bank"dan bank xidmətlərinin göstərilməsində yeni bir yanaşmadır: "Müştəri hər zaman bizim üçün birinci yerdədir. Onun hər bir müraciyyətinə hər zaman həll tapılacaq, təbəssüm və ürəklə xidmət göstəriləcək, xidmətlər isə daha da sadə və əlçatan olacaq. Göstərilən bank xidmətlərinin yeni modelinin tətbiqi filial şəbəkələrinin yenilənməsi və tamamilə yeni dizayna keçidi ilə paralel baş tutacaq".
Bankın rebrendinqi Baş ofisi Londonda yerləşən tanınmış "Winkreative" agentliyi tərəfindən həyata keçirilmişdir. Bu şirkət 20 ildən artıq maliyyə qurumları və tanınmış böyük beynəlxalq brendlərlə əməkdaşlıq edir.
"BANKIN ƏSAS SƏHMDARI OLARAQ HƏR ZAMAN DƏSTƏK OLACAM"
Bankın əsas səhmdarı, tanınmış Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov bankın işçilərini uğurlu yenilənmə başlanğıcı ilə təbrik edib: "Yelo Bank yalnız yeni bir ad və yeni rəng deyil. Bu, iki ildir davam edən işlərin təzahürüdür və bunun nəticəsində bankın keyfiyyətcə müasir səviyyəyə keçməyə hazır olmasıdır. Əminəm ki, yeni "Yelo Bank" etibarlı və sürətli inkişaf edən bir maliyyə qurum kimi Azərbaycanın bank bazarında layiqli yer tutacaq. Bankın əsas səhmdarı olaraq hər zaman bu banka dəstək olacam!".
"ƏN CƏLBEDİCİ BANK OLMAQ İSTƏYİRİK"
Bankın Müşahidə Şurasının sədri Marina V. Kulişova bildirib: "Bizim strategiyamıza əsasən, "Yelo Bank" mikro, kiçik və orta sahibkarlara, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə yönlənəcək. Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı yenilikçi, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq. Bununla "Yelo Bank" Azərbaycanın bank sektorunun ümumi inkişafına öz töhfəsini verəcəkdir ".
""YELLO BANK" MÜŞTƏRİNİ BİRİNCİ YERDƏ TUTAN BANK SİMVOLUNA ÇEVRİLƏCƏK"
Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Bankın komandası yeni ad, rəng və bizim üçün vacib olan bu yeniliyinin arxasında olan məna ilə ilhamlanır. "Brighter Banking – Parlaq Bankçılıq" - bizim ümumi komandamızın bir hissəsi olaraq hər işçinin ilhamlanmış işi nəticəsində qurulan yeni müştəri xidməti modelidir. Eyni zamanda, səhmdarların bankımıza verdiyi dəstəyin böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Əminəm ki, "Yelo Bank" tezliklə müasir, qabaqcıl, texnoloji və ən əsası müştərini birinci yerdə tutan bir bankın simvoluna çevriləcəkdir".
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək





























