"Silah ticarəti Azərbaycana böyük həcmdə valyuta gətirir"
“Yeni bazarlara çıxış əldə etmək üçün xarici bazarlar geniş təhlil edilməli, ənənəvi bazarlarda isə mövqelərimiz möhkəmləndirilməlidir. Bunun üçün isə logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyətə malikdir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
İ. Əliyev qablaşdırma sənayesinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan böyük müəssisələrdə istehsal edilən xammaldan geniş istifadənin vacibliyini diqqətə çatdırıb. O, neft və qazla yanaşı, qızıl, gümüş yataqlarımızın mövcudluğunu, Daşkəsən dəmir filizi yatağının işləməsinin gündəmdə duran məsələlərdən biri olduğunu vurğulayıb. Yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracını vurğulayan prezident silah ticarətinin artıq ölkəyə böyük həcmdə valyuta gətirdiyini qeyd edib, xarici mediada reklam kampaniyalarına başlanmasının zəruriliyini söyləyib.
Meyvə-tərəvəz məhsullarının, xalçaçılığın, heyvandarlığın, balıqçılığın, mineral suları sahəsinin inkişafından, şərab zavodlarının tam gücü ilə fəaliyyət göstərməsindən, yun tədarükü üçün fabrikin yaradılmasının vacibliyindən danışan prezident bildirib ki, emal müəssisələri, yeni konserv zavodları yaradılmalıdır.
Dövlət başçısı sonda bir daha sahibkarları bu imkanlardan səmərəli istifadə edib, ölkəmizə daha böyük fayda gətirməli olduqlarını diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 3 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























