“Mirvari Park”dan sakinin intihar cəhdinə dair açıqlama
"Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən sakin barədə açıqlama verib“Mirvari Park” yaşayış kompleksinin rəhbərliyi dünən bir sakinin kompleksdəki evlərdən birinin eyvanına çıxaraq 17-ci mərtəbədən özünü atmaqla intihar etməyə cəhd göstərməsini əks etdirən video görüntüyə münasibət bildirib.
Kompleksin açıqlamasında deyilir:
"Şəxsin belə bir addım atmasına səbəb onun avtomobilinin kompleksin qarajına buraxılmaması səbəb olmuşdur. Sonradan həmin şəxsi belə bir dəhşətli hadisəni törətməkdən çəkindirmək mümkün olmuşdur".
“Mirvari Park”-dan bildirdilər ki, kompleksin yeraltı qarajında mövcud olan parklama yerləri 1 iyuldan etibarən satışa çıxarılıb.
“Sakinlərə bu barədə üç ay əvvəldən məlumat verilmişdi. Eyvandan özünü atmaq istəyən şəxs dünən sərxoş vəziyyətdə qaraja daxil olmaq istəmiş, lakin o müvafiq yer almadığına görə qaraj sahəsinə buraxılmamışdır. Buna görə o özünü 17-ci mərtəbədən atacağı ilə bağlı bizə hədə-qorxu gəlməyə başladı və kompeksin rəhbərliyinin hadisə yerinə gəlməsini tələb etdi.
Hadisə yerinə gələn FHN əməkdaşları bu şəxsin nə istədiyini öyrənməyə çalışanda məlum oldu ki, o, daha 15 gün qaraj sahəsində park etməyə icazə verilməsini istəyir. Biz də ona bu şəraiti yaratdıq. Məgər belə bir şou təşkil etməyə dəyərdimi?
Bir daha vurğulamaq istəyirik ki, bu adam sərxoş vəziyyətdə idi. Çağırışa gələn müxtəlif dövlət qurumlarının əməkdaşları da bütün bunları qeyd etdi. Polis ona saxta zəng üçün protokol yazdı.
Dayanacaq yerləri məsələsinə gəlincə, kompleksimizdə mövcud olan qarajlar yeddi ildir ki sakinlərə icarəyə verilirdi. Daha sonra parklama sahələrinin nağd və ya kreditlə satışa çıxarılması qərara alındı. “Mirvari Park”-dakı yeraltı dayanacaq iki mərtəbədən ibarətdir. 1-ci mərhələdə üst mərtəbədəki park sahələrini satırıq və yerlərin yarısı artıq satılıb. Bu şəxs heç bir yer almaq istəmir və belə bir əsassız ssenariyə əl atmaq qərarına gəlib”, kompleksin açıqlamasında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






