Gəncədəki məşhur oteli yeni şirkət idarə edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti “Yeni Gəncə Hotel Company” MMC-ni dövlət qeydiyyatına alıb
Marja xəbər verir ki, 10 min manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ilə Şahsevənlər küçəsinin kəsişməsidir. “Yeni Gəncə Hotel Company”nin qanuni təmsilçisi Süleymanov Firuz Efsir oğludur.
Diqqəti cəlb edən “Yeni Gəncə Hotel Company”nin Gəncədəki “Ramada Plaza Hotel” ilə eyni ünvanda yerləşməsidir. Şirkətin vakansiya elanlarında “Yeni Gəncə Hotel Company” MMC-yə tələb olunan işçilərin “Ramada Plaza Hotel” üçün çalışacaqları qeyd olunub.
181 otağa malik “Ramada Plaza Hotel” Gəncənin mərkəzində yerləşir.
Qeyd edək ki, Bakıda Şıxovda yerləşən "Ramada Otel" "C-Group" şirkəti tərəfindən idarə olunur.
Əvvəllər mətbuat "Ramada" otellərinin qalmaqallı iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədova məxsus olduğunu yazmışdır. Məlumata görə, onun banklara kredit borclarına görə məhkəmənin qərarı ilə otellər müsadirə olunaraq biznesmendən alınıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























