Valyutaya görə distribyutor şirkəti cərimələndi
İddiaya görə, malların idxalı üçün xaricə köçürülmüş vəsait idxal müəyyən edilmiş müddətdə həyata keçirilmədiyindən geri qaytarılmayıb.Azərbaycan Mərkəzi Bankı “A-Kond 1” Qapalı Səhmdar Cəmiyyətinə valyuta tənzimi qaydalarının pozulmasına görə inzibati protokol tərtib edib.
Məlumata görə, Nizami Rayon Məhkəməsi protokola əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilb.
Qərara əsasən, şirkət 1 000 avro (təxminən 2 060 manat) məbləğində cərimə edilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən “A-kond 1” QSC mexanika, elektrik və santexnika sahəsində mühəndislik, təchizat və quraşdırma işləri ilə məşğul olur. Həmçinin “Hisense” və “Hitachi” brendlərinin Azərbaycandaki rəsmi distribyutorudur.
“Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















