Kiloqramını yerindəcə 2 manat 50 qəpiyə satır
Mövsümün ilk çiyələk yığımına bir neçə gündür start verilib. Açıq sahələrdə çiyələk kollarının hələ yeni çiçəkləməsinə baxmayaraq, Cəlilabadda bəzi çiyələk təsərrüfatlarında nübar yığıma başlanılıb.
Havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Əsasən paytaxt bazarlarında satışa çıxarılan çiyələyin qiyməti fermerləri qane edir.
Elçin Cahangirov gənc fermerlərdən sayılsa da, artıq bu sahə üzrə tam püxtələşib. O bildirib ki, bu mövsüm çiyələk sahələrindən bol məhsul götürə biləcək. Onun sözlərinə görə, çöl şəraitində becərilən nübar məhsulun bazarda alıcısı da çox olur. Bu da fermerə daha çox gəlir gətirir. Nübar çiyələyin hər kiloqramı yerindəcə müştərilərə 2 manat – 2 manat 50 qəpiyə təklif edilir.
Qeyd edək ki, Cəlilabadda sahələrdə əsasən İsraildən gətirilən çiyələk sortları əkilib. “Albion” adlanan yeni sortu digərlərindən fərqləndirən cəhət bir ay tez məhsul verməsidir. Bu, satışa da müsbət təsir göstərir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























