SOCAR-ın layihəsində mühüm uğur
SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiya layihəsində qəzasız 25 milyon adam-saat iş görülübİyunun 8-də NEZ-in modernizasiyası çərçivəsində 25 milyon təhlükəsiz adam-saatlıq iş həcminə nail olunmasına həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, “SOCAR Downstream Management” şirkətinin rəhbərliyi və bu şirkətin Müşahidə Şurasının üzvləri, eləcə də layihənin əsas podratçılarından “Wood”, “Tecnimont”, “TR”, “Azfen”, “Prokon”, “Ustay” şirkətlərinin təmsilçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, zavodun davamlı istismarını və AVRO-5 standartına cavab verən yanacaq məhsulları istehsalını təmin etmək məqsədi daşıyan modernizasiya və yenidənqurma layihəsi miqyas etibarilə nəhəng olmaqla yanaşı, həm də öz mürəkkəbliyi ilə fərqlənir: “Bu layihə gündəlik fəaliyyətini davam etdirən, strateji əhəmiyyətli məhsullar istehsal edən və yanğın-partlayış təhlükəli xüsusi diqqət tələb edən bir zavod təsərrüfatının ərazisində həyata keçirilir. Belə bir mürəkkəb iş şəraitində çalışmaq, əlbəttə ki, bizdən ikiqat diqqət və əzmkarlıq tələb edir. Bu mənada layihə çərçivəsində 25 milyon qəzasız adam-saat həcmində işin görülməsi uğurlu nəticədir. Müqayisə üçün deyim ki, bu, bir neçə il öncə tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur. Bu göstərici SOCAR-da əməyin təhlükəsizliyi məsələsinə verilən önəmin, uğurlu SƏTƏMM siyasətinin parlaq təzahürüdür”.
SOCAR-ın prezidenti bildirmişdir ki, həm dənizdə, həm də quruda təhlükəsizlik qaydaları daha da təkmillləşdirilib, qəzalı vəziyyətdə olan əməliyyat sahələri ləğv edilib, yaxud yüksək standartlar səviyyəsində bərpa və təmir olunub, işçilərin fərdi təhlükəsizlik qaydalarına riayət edilməsi üzərində nəzarət daha da gücləndirilib. SOCAR bu istiqamətdə apardığı fəaliyyətlərdə nüfuzlu beynəlxalq neft-qaz təşkilatlarının qabaqcıl təcrübəsinə əsaslanır. Şirkətin Əməliyyatların Bütövlüyünün İdarəetmə Sisteminə (SOIMS) dair standart hazırlanıb və uğurla tətbiq olunur.
Sonra layihə komandasına, podratçılara sertifikatlar və hədiyyələr təqdim olunmuşdur.
Podratçı şirkətlərinin təmsilçiləri yaradılmış şəraitə və onların əməyinə verilən qiymətə görə minnətdarlıqlarını bildirmiş, SOCAR-la əməkdaşlıqdan məmnunluqlarını ifadə etmişlər. Sonda SOCAR rəhbərliyi, “SOCAR Downstream Management” şirkətinin Müşahidə Şurasının üzvləri və podratçı təşkilatların rəhbərləri mühüm uğur münasibəti ilə xatirə lövhəsinə imza atmışlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)




