Qlobal səhm satışında rekord
2021-ci ilin ilk yarısında səhmlərin ilkin kütləvi yerləşdirməsi (İPO) rekord qırıb.
Marja xəbər verir ki, dünya üzrə şirkətlər, yüksək səhm qiymətlərini nağdlaşdıra bilmək üçün birjalarda daha əvvəl heç olmadığı qədər səhm sataraq yarışırlar.
Bloomberg tərəfindən toplanan məlumatlara görə, bu ilin ilk altı ayında, səhmlərin birjada ilk satışı təxminən 350 milyard dollar təşkil edib Bu rüblük olaraq bütün zamanların ən yüksək səviyyəsidir və 2020-ci ilin ikinci yarısındakı 282 milyard dollarlıq əvvəlki rekordu keçib.
Keçən il pandemiya ilə insanların evdə qalmaları ilə əlaqədar olaraq texnologiya şirkətlərinin səhmləri sərmayəçilərin diqqətini daha çox çəkirdi. Bu il, səhmlər sürətlə bahalaşmağa davam edərkən, sərmayəçilər daha çox bərpaolunan enerji istehsal edən şirkətlərin və onlayın ticarət şirkətlərinin səhmlərinə üstünlük verirlər.
2021-ci ilin ilk rübündə İsveçin yulaf südü şirkəti "Oatly Group AB"dən bot istehsalçısı "Dr. Martens Plc"yə qədər bir çox şirkət səhm satıb.
"Goldman Sachs Group"un maliyyə departamentinin rəhbəri Aaron Arth mövzu ilə əlaqədar olaraq etdiyi açıqlamada, "Nyu Yorkdan Honq Konqa qədər bazarlar bu ilin ilk yarısında səhm satışı üzrə çox aktiv idi və 90-ların sonundakı "dotcom" partlayışı dövrünü geridə qoymuşdur", - deyib.
Səhmlərin ilkin kütləvi satışı (İnitial public offering - İPO) - bir şirkətin öz səhmlərini satışa çıxararaq bütün sərmayəçilərə səhmdar olmaq yolunu açması fəaliyyətidir. İPO əməliyyatı, şirkətin sahib olduğu aktivlərin kiçik paylara bölünərək satışa çıxarılmasıdır. Şirkətlər müxtəlif səbəblərlə səhm satırlar. Müvəffəqiyyətli və böyüyən şirkətlər fəaliyyətlərini genişləndirmək və investisiyalar üçün vəsait təmin etmək məqsədilə səhm satırlar. Səhm sataraq vəsait cəlb etmək bankdan kredit almaqdan daha ucuzdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)





