Qlobal bazarlarda "Delta variantı" narahatlığı
İngiltərədə yeni növ koronavirusun Delta variantının təsirilə Yanvar ayının sonundan bu yana ən yüksək günlük yoluxma sayı qeydə alınıb. Marja xəbər verir ki, pandemiyaya dair proseslər bazarlara mənfi təsir edir.
Delta variantının qlobal miqyasda yeni bir koronavirus dalğası yaratması ilə əlaqədar olaraq Asiyada səhmlərdə və ABŞ-da fyuçerslərdə satış dalğası yaşanıb.
MSCI Asiya Sakit okean indeksi altı gün sonra ilk dəfə mənfiyə düşüb.
Risk iştahının azalması ilə dollar bahalaşır. Bloomberg Dollar İndeksi müsbətdədir. İnkişaf etməkdə olan ölkələrin pul vahidlərinin əksəriyyəti dollara qarşı dəyər itirib.
Analitiklərə görə, Delta variantının yayılması inflyasiyanın yüksəlməsini təhdid edə bilər. Analitiklər peyvəndləmənin irəlilədiyi inkişaf etmiş ölkələrdə Delta variantının iqtisadiyyata təsirinin məhdud olduğunu düşünsə də, aşağı peyvəndləmənin olduğu ölkələrdə iqtisadi toparlanmanın gecikməsinin söz mövzusu ola biləcəyini vurğulayırlar.
OPEC+ Texniki Komitəsi proqnozlarını açıqlayıb
Neft təklifinin Avqust ayındakı həcmini müəyyən edəcək Cümə axşamı günkü yığıncaqdan əvvəl OPEC+ Texniki Komitəsi proqnozlarını ehtiva edən hesabat yayımlayıb. Hesabata görə, mövcud təklif səviyyəsinin davam etdirilməsi nəticəsində gündəlik istehsal, tələbi ödəməkdə qeyri-kafi qalacaq.
Hesabata görə, tələbin təklifi Avqust ayında gündəlik 1,7 milyon barrel, ilin ikinci yarısında isə 1,9 milyon barrel aşması gözlənilir.
OPEC+un cümə axşamı günü neft təklifinin (hasilatının) artırılması qərarı verəcəyi gözlənilsə də, miqdar bilinmir.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu istehsalda gündəlik təxminən 550 min barrel artım qərarı olacağı istiqamətindədir.
Neft qiymətləri isə OPEC+ yığıncağından əvvəl Delta variantının yaratdığı narahatlıqlar ilə əlaqədar olaraq düşüb. Bakı vaxtı ilə saat 09:44-də Brent nefti üzrə avqust kontraktı 0,3% ucuzlaşma ilə 74,48 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







