Pandemiyada zənginlərin sərvəti daha da artıb
Ən çox varlı şəxs Şimali Amerikada, ən az Afrikadadır.Ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, sərvəti 1 milyon dollardan artıq olan şəxslərin sayı və var-dövləti daha da artıb.
Marja Capgemini araşdırma şirkətinin hazırladığı “Dünya Zənginlik Hesabatı 2021”-də əks olunan əsas məqamları diqqətinizə təqdim edir.
Qlobal miqyasda, sərvəti 1 milyon dollardan çox olan şəxslərin sayı 6,3%, sərvəti isə 7,6% artıb. Bu kateqoriyadan olan ən çox insan Şimali Amerikada, əsasən də ABŞ-da yaşayır (24,3%). Daha sonrakı yerləri Asiya-Sakit okean hövzəsi (24%), Avropa (17,5%), Latın Amerikası (8,8%), Orta Şərq (13,2%) və Afrika (1,7%) tutur.
Ötən il zənginlərin var-dövlətinin həcmi ən çox Şimali Amerikada (11,9%) və Orta Şərqdə (10,7%) artıb. Sərvətinin dəyəri 1 milyon dolları keçən insanların sayı daha 1,2 milyon nəfər artıb ki, bu rəqəmin yarısı ABŞ-ın payına düşür. Bu ölkədə milyonerlərin sayı 6,575 milyon nəfərdir.
Milyonerlərin sayına görə ilk 10-luq:
ABŞ - 6 milyon 575 min nəfər
Yaponiya - 3 milyon 537 min nəfər
Almaniya - 1 milyon 535 min nəfər
Çin - 1 milyon 466 min nəfər
Fransa - 714 min nəfər
Böyük Britaniya - 573 min nəfər
İsveçrə - 459 min nəfər
Kanada - 403 min nəfər
İtaliya - 301 min nəfər
Niderland - 299 min nəfər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






