Dövlət şirkəti fəhlə işçilərinin maaşını artırdı
“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) işçilərin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması məqsədilə əməkhaqqı islahatı həyata keçirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əmək haqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.
Əməkhaqqı artımı qurumun fəaliyyətində aparılan optimallaşdırma nəticəsində qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Əməkdaşların rifah halının yüksəldilməsi istiqamətində islahatlar gələcəkdə də davam etdiriləcək.
Eyni zamanda “Baktelecom” tərəfindən önümüzdəki dövr ərzində işçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətinin obyektiv qiymətləndirilməsi və motivasiyalarının yüksəldilməsi üçün təlim və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.
“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.
Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.
“Baktelecom” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabedir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























