Mərkəzi Bankdan banklar üçün yeni QAYDA
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, beynəlxalq trendlərə uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və maliyyə-bank sektorunda təklif olunan rəqəmsal xidmətlərin genişləndirilməsi məlumat mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsini, istismarda olan informasiya resurslarının mümkün təhdidlərdən qorunmasını, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsini və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılmasını vacib edir.
Bu sahədə aparılan tədbirlər nəticəsində, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri müəyyən edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” (Qayda) işlənib hazırlanaraq Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir (http://www.e-qanun.az/framework/48025).
İnformasiya təhlükəsizliyi sahəsində yeni Qaydanın tətbiqi üçün banklarda müvafiq informasiya texnologiyaları infrastrukturunun qurulması və informasiya təhlükəsizliyi üzrə biznes proseslərin təşkili üçün siyasət və prosedurlarının hazırlanmasının əhəmiyyətli vaxt tələb edəcəyini nəzərə alaraq adıçəkilən Qaydanın 2022-ci il 1 aprel tarixindən qüvvəyə minməsi və həmin tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü il 10 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar”ın ləğv edilməsi qərara alınmışdır.
Qayda ISO/IEC 2700X standartlarının tələblərinə uyğun olaraq banklarda “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi”nin formalaşdırılması və təşkili, insan resurslarının təhlükəsizliyi, aktivlərin idarə olunması, girişlərə nəzarət, kriptoqrafiya, fiziki və perimetr üzrə təhlükəsizlik, informasiya mübadiləsinin təhlükəsizliyi, informasiya sistemlərinin əldə edilməsi, tətbiqi və dəstəklənməsi zamanı təhlükəsizliyin təmin olunması, kənar təchizatçılarla xidməti münasibətlərdə informasiya təhlükəsizliyinin qorunması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üzrə nəzarət mexanizmlərini və tələbləri ehtiva edir.
Mərkəzi Bank tərəfindən ölkənin bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də mümkün kiber hücumların vaxtında aşkar edilməsi, mənfi təsirlərinin azaldılması və qarşısının alınması üzrə fəaliyyət daim diqqət mərkəzində saxlanılır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
6 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək

























