Azərbaycan şirkəti nadir göbələyin ixracını planlaşdırır
Yeni yaradılmış və hazırda ilbiz ixracına hazırlaşan "Azdelikates-Alfa" MMC-nin fəaliyyəti genişləndiriləcək.
Şirkətin təsisçilərindən biri Emin Hacıyev “Marja”ya bildirib ki, yaxın gələcəkdə meşələrdə bitən dadlı “quzuqarnı” göbələyinin yığılması və ixracı planlaşdırılır.
İlbiz ixracı ilə az sayda ölkə məşğul olur. Bu ildən Azərbaycan da ilbiz ixrac edən ölkələr karvanına qoşulacaqdır. 2017-ci ilin əvvəlində yaradılmış "Azdelikates-Alfa" MMC adlı şirkət ilbiz ixracına başlayacaqdır.
Daha ətraflı: http://marja.az/news/7497
Çoxunuzun adını belə eşitmədiyi, el arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu nadir göbələyi şimal rayonlarının meşəliklərindən mart ayının ikinci ongünlüyündən başlayaraq toplamaq olar. Cəmi 20-25 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür. Göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, öz çətinliyi də var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Qeyd edək ki, quzuqarnının bir kiloqramı 10-15 manata satılır.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
19 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















