“Nar” rominqdə olanlar üçün əlverişli “Tətil” paketlərini təqdim edib
“Nar” rominqdə olan abunəçilər üçün əlverişli “Tətil” paketlərini təqdim edib.
Sərfəli internet paketləri sayəsində “Nar” abunəçiləri artıq xaricdə də özlərini evdəki kimi hiss edəcəklər.
Bundan sonra səfərdə olarkən, Wi-Fi axtarmağa ehtiyac qalmayacaq. Səfərə çıxdıqda, “Nar”-ın “Tətil”paketlərindən birini sifariş edərək səyahət etmək olduqca sərfəlidir.
Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil – 2” və 600 Mb həcmindəki “Tətil – 5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 AZN təşkil edir. “Tətil” paketləri ABŞ, İsrail, Ukrayna, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi ölkələri əhatə edir.
İstifadə müddəti 15 gün olan paketlərdə hesablama intervalı 40 Kb təşkil edir. İnternet paketlərdən öncədən və sonradan ödənişli tariflərin istənilən abunəçisi istifadə edə bilər. Təklif həmçinin “Nar” data nömrələri üçün nəzərdə tutulub. Abunəçi istədiyi sayda paket sifariş edə bilər. Bu zaman internet trafikin istifadəsi sonuncu sifariş olunan paketin tarixinə əsasən hesablanır. “Tətil – 2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil – 5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.
“Nar” rominq xidməti və tariflər haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 53 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib























