Ötən il Amazon-un gəlirləri 22%, xalis mənfəəti 57% artıb
Amerikanın e-ticarət nəhəngi “Amazon”un gəliri ötən ilin son rübündə 9 faiz artaraq 137,4 milyard dollar təşkil edib.Amazon keçən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin keçən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 137,4 milyard dollara yüksəlib. Amazon, 2020-ci ilin eyni dövründə satışlarının 125,6 milyard dollar səviyyəsində reallaşdığını açıqlamışdı.
Şirkətin cəmi gəlirləri 2021-ci ildə 22% artaraq 469,8 milyard dollara çatıb.
Amazon-un xalis mənfəəti də ötən ilin son rübündə 14,3 milyard dollara yüksəlib. 2020-ci ilin eyni dövründə şirkətin xalis mənfəəti 7,2 milyard dollar təşkil etmişdi.
Keçən il Amazon-un xalis mənfəəti əvvəlki ilə nisbətən 57 faiz artaraq 33,4 milyard dollara çatıb.
2020-ci ilin dördüncü rübündə 14,09 dollar olan e-ticarət nəhənginin səhmbaşına qazancı keçən ilin eyni dövründə 27,75 dollara yüksəlib.
Amazon Baş İcraçı Direktoru (CEO) Andy Jassy, şirkətin dördüncü rüb balansını qiymətləndirməsində, işçi qüvvəsi çatışmazlığı və inflyasiya təzyiqləri səbəbindən yüksək xərclərlə üzləşdiklərini söyləyib.
Covid-19 pandemiyasında ortaya çıxan Omikron variantına görə bu problemlərin bu ilin birinci rübünə qədər davam etdiyini vurğulayan Jassy, qısamüddətli çətinliklərə baxmayaraq nikbin olmağa davam edəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























