Neftin qiyməti 2014-cü ilin payızından bəri ilk dəfə 96 dolları ötüb - "150 DOLLARA ÇATA BİLƏR" PROQNOZU
Londonun ICE birjasında hərraclar zamanı aprel fyuçersləri bir barel üçün 96,05 dollara yüksəlibTicarət məlumatlarına görə, Brent markalı neftin qiyməti bir barel üçün 96 dolları ötüb. Bu, 2014-cü il oktyabrın 1-dən bəri ilk dəfə baş verib.
Marja xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət zamanı Brent neftin qiyməti 96,05 dolları görüb.
Hazırda, Brent markalı neftin bir barreli 95,67 dollara satılır.
Fevralın 11-də Brent markalı neftin aprel fyuçersləri 2014-cü ilin oktyabrından bəri ən yüksək həddi - 95 dollar/barel keçmişdi.
Xammal son bir neçə həftə ərzində tədarük çatışmazlığı və tələbin bərpası səbəbindən bahalaşır. Şərqi Avropa və Yaxın Şərqdəki geosiyasi gərginlik də qiymət artımına səbəb olur. Xüsusən də Rusiyanın yaxınlaşan Ukraynaya müdaxiləsi ilə bağlı xəbərlər var.
"JPMorgan"ın analitikləri Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Brent neftinin qiymətinin 150 dollar/barelə çata biləcəyini və bunun da qlobal ümumi daxili məhsulun (ÜDM) artımının ləngiməsinə və demək olar ki, iki dəfə inflyasiyaya səbəb ola biləcəyini proqnozlaşdırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















