"Mənşəyi məlum olmayan hər əti "leş ət" adlandırmaq olmaz"
Kənd Təsərrüfatı Nazirliyi “Azərsun Holdinq”in Xaçmazdakı konserv zavoduna aparıldığı iddia olunan 500 kiloqram mənşəyi məlum olmayan ətlə bağlı xəbərə reaksiya verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli açıqlamasında bildirib ki, sənədlərin olmadığına görə mənşəyini müəyyənləşdirmək üçün ətdən nümunələr götürülüb:
“Ətlərin “Azərsun”un konserv zavoduna aparıldığı barədə fikirlər mal sahibinə aiddir. Bizim belə bir açıqlamamız olmayıb. Bununla bağlı da araşdırma aparılır. Bəzi hallarda “Ətin mənşəyi məlum deyil” yazıldıqda, onun sağlam olmaması kimi başa düşülür. Amma mənşəyi məlum olmayan hər əti yararsız adlandırmaq olmaz. Bu, laboratoriya müayinələrindən sonra məlum olur. Hər mənşəyi bəlli olmayan ət leş deyil. Sənətsiz gəlibsə, biz onu yoxlamalıyıq. Bizim məlumatımızda leş söhbəti yoxdur. Bunu özlərindən yazırlar".
Yolçu Xanvəlli sosial şəbəkələrdə “Azərsun”nun “Qafqaz” konserv zavodu ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. “Düzgün yazmırlar. Mənasız hay-küydür. Saxlanılan şəxs deyə bilər ki, əti Amerikaya aparıram. Bu o demək deyil ki, belədir. Saxlanılan şəxs çox söz deyə bilər. Əsas rəsmi məlumatdır”.
Qurum rəsmisi “Qafqaz” konserv zavodunun məhsullarının keyfiyyəti ilə bağlı da açıqlama verib. Yolçu Xanvəlli zavodun məhsullarının keyfiyyəti ilə bağlı onlara heç bir şikayətin daxil olmadığını deyib. Onun sözlərinə görə, hər bir şirkətin müasir standartlara uyğun xüsusi laboratoriyası var: “Bütün məhsullar həmin laboratoriyalarda yoxlanılır. Əgər şikayət daxil olarsa, biz yoxlayırıq. Amma bizə “Azərsun”nun məhsulları ilə bağlı şikayət daxil olmayıb. Uzun illərdir qida təminatı ilə məşqul olan “Azərsun” xalq arasında xüsusi etimad və güvən qazanıb”.
"Marja" qeyd edir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hər deyilən sözü rəsmi press-relizinə daxil etməsi mübahisəlidir. Tanınmış şirkət barədə, sübuta yetirilməmiş iddianın mətndə yer alması doğru hesab edilməyə bilər. İddia tam sübuta yetirldikdən sonra bu barədə ictimaiyyətə açıqlama verilməli idi.
ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ
© Missiya.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























