“Azərbaycan-Gürcüstan ticarətin artırılması yolları müəyyənləşdirilməlidir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini, ölkələrimizin bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi. Azərbaycanın Gürcüstana investisiyalar yatırmasına və Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yollarının müəyyənləşdirilməsinin vacibliyini də vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji, ticarət və digər sahələrdə də əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi. Ölkələrimizin nəqliyyat, energetika sahələrində qlobal layihələri uğurla həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın digər tərəfdaşlarla birlikdə bu layihələrin reallaşmasında çox səmərəli yanaşma nümayiş etdirdiklərini bildirdi.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Prezident İlham Əliyevlə görüşündən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.
İqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyən gürcüstanlı nazir bu ilin dörd ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin 49 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















