“Rahat” dözə bilmədi - FORMATINI DƏYİŞİR
Supermarket bazarında rəqabətin kəskinləşməsindən, gəlirliliyin aşağı düşməsindən sonra, şirkətlər discount (endirimli) formatını kəşf etməyə başlayıblar.
“Marja” xəbər verir ki, “Veysəloğlu”nun “Oba”sından və “Azərsun”un “Sərfəli”sindən sonra “Rahat” supermarketlər şəbəkəsi yeni formatda - discount (endirimli) formatda fəaliyyətini davam etdirəcək.
"Əziz xalqımız, bildiyiniz kimi market şəbəkələri arasında ilk olaraq “RAHAT” market bir neçə filialını “Topdan” formatına keçirdi. Artıq bu filiallarda satılan bütün məhsulları siz topdan və hətta maya dəyərindən aşağı qiymətlərlə əldə edə bilərsiz. Bundan əlavə mütəmaddi olaraq həmin filiallarımızda çoxsaylı hədiyyəli aksiyalarımız da keçirilir. Bu qərarın müştərilərimiz arasında böyük rəğbətlə qarşılandığını görüb eyni yeniliyi davam etmək qərarına gəldik. Belə ki, 10.06.2017 – ci il tarixindən daha üç filialımızı – Binə, Biləcəri və Mehdiabad yeni “Topdan” formatında açdıq. Bu son deyil, bizi izləyin. Bizi seçdiyiniz üçün sizə minnətdarıq",- "Rahat" şəbəkəsinin yaydığı məlumatda deyilir.
Azərbaycanda ən böyük “discount market” şəbəkəsi “Veysəloğlu” şirkətlər qrupuna bağlı “OBA”dır. “Azərsun Holdinq” də “Sərfəli” adında endirimli market şəbəkəsini yaradır.
Tezliklə Bakıda yeni formatda “Bravo Ekspres” marketləri də fəaliyyətə başlayacaqdır. “Azərbaycan Supermarket” şirkəti “Bravo Ekspres”ləri endirimli mağaza formatına aid etməsə də, “Bravo Ekspres”lərin açılmasında məqsəd alıcıların daha rahat və sürətli alış-veriş etmələrini təmin etməkdir. “Bravo Ekspres”də əsasən gündəlik təlabat mallarının satışına üstünlük veriləcəkdir.
“Rahat” market də “Topdan qiymətinə pərakəndə satış” şuarı ilə fəaliyyət göstərir. Qeyd edək ki, bu şüardan ilk dəfə “OBA” istifadə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)







