Nazirlik: Braziliyadan damazlıq heyvan alınmayıb
“Aqrolizinq” ASC yarandığı vaxtdan qurumun xətti ilə Braziliyadan damazlıq heyvan alınmayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlik həmçinin bildirir ki, gələcəkdə də Braziliyadan damazlıq heyvan alınması ilə bağlı müqavilə imzalanmayıb.
KTN bəyan edir ki, Braziliyadan cins heyvanların alınıb gətirilməsi iqtisadi cəhətdən səmərəli deyil və nazirlik belə bir variantı bu günə kimi nəzərdən keçirməyib.
Xəbər verdiyimiz kimi, "Aqrolizinq" cins mal-qara almaq üçün 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb.
"Novero İnvest LTD" (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə müqavilənin məbləği 29 mln 579,7 min manatdır.
"Longmar Networks LTD" şirkəti ilə 1 min baş Holştin-friz cinsindən inək alınması üçün 4 mln 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.
"Aqrolizinq" ASC-nin 16 fevralda elan etdiyi açıq tenderin nəticəsi məlum olmuşdu. Belə ki, qeyd edilən tarixdə keçirilmiş açıq tenderdə lot-1 üzrə "Longmar Networks", lot-2 üzrə "Novero İnvest" şirkəti qalib elan olunmuşdu. Tnderdə lot-1 üzrə 2 000 baş "Holştin-friz" cinsli damazlıq heyvanların, lot-2 üzrə 5 000 baş "Simmental" cinsli damazlıq heyvanların alınması nəzərdə tutulurdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























