"Bu il 1 hektardan 10 ton məhsul gözləyirik"
i “Yaşıl Ada” aqroparkı: "Gələn il məqsədimiz qarğıdalı əkinini 1000 hektara çatdırmaqdır".Biləsuvarda bu mövsüm intensiv texnologiyaların tətbiqi ilə becərilən hibrid qarğıdalı sahələrində artıq biçinə başlanılıb. Növbəli əkin prinsipinə uyğun olaraq, bu il ümumilikdə rayonda 1700 hektara yaxın sahədə intensiv texnologiyaların tətbiqi ilə qarğıdalı bitkisi becərilib.
Dənli bitkilər içərisində qarğıdalı ən qiymətli ərzaq və yem bitkisidir. Qarğıdalı payızlıq buğda və arpa əkinindən sonra təkrar əkildikdə vahid sahədən bir il ərzində iki dəfə məhsul götürmək olur. Bu il də rayonda 700 hektar yazlıq, 1000 hektara yaxın isə təkrar əkin olaraq qarğıdalı bitkisi əkilib. Ümumilikdə, rayonda əkin aparılan qarğıdalı sahələrinin böyük hissəsi “Yaşıl Ada” aqroparkının payına düşür.
Təsərrüfat rəhbəri Yusif Həsənov bildirib ki, ötən il 420 hektar sahədə qarğıdalı əkmişdisə, bu il sahəni 600 hektara çatdırıb. “Müasir suvarma sistemi qurduğumuza görə əkin sahələrimizi daha da genişləndirəcəyik. Gələn il məqsədimiz qarğıdalı əkinini 1000 hektara çatdırmaqdır. Keçən il biz 1 hektardan 7 ton məhsul götürmüşdük, bu il 10 ton gözləyirik. Toxum da “payner” toxumudur. Hibrid sortdur, hər il bu toxumdan istifadə edirik. İqlim şəraitinə də uyğundur”, - deyə o əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 11 d. əvvəl
- 25 d. əvvəl
-
41 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
47 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
56 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış

























