Qlobal bazarlarda “mərkəzi banklar” həftəsi - KRİTİK QƏRARLAR OLACAQ
Qlobal bazarlarda bütün diqqətlər ABŞ Mərkəzi Bankı (FED) və Avropa Mərkəzi Bankının (ECB) alacağı qərarlara yönəlib. Kritik FED və ECB qərarlarından əvvəl ilkin qiymətlər müsbət gözləntiyə işarə edir.Bu həftə dünyanın ən böyük iqtisadiyyatlarında faiz qərarları açıqlanacaq. Qərarlardan əvvəl ABŞ və Avropa birja fyuçersləri bahalaşsa da, Asiya fond bazarlarında qarışıq mənzərə gözə dəyir.
Marja.az xəbər verir ki, S&P 500 və Nasdaq 100 fyuçersləri həftəyə mülayim qazanclarla başlayıb, Euro Stoxx 50 fyuçersləri də yüksəlir.
Asiyada Hong Kong Hang Seng və CSI 300 Çinin bərpası ilə bağlı narahatlıqlar fonunda azalır. Yapon Topix, əksinə, müsbət şəkildə fərqlənir.
ABŞ-ın 2 və 10 illik istiqrazlarının gəlirləri bir faiz bəndi artarkən, Bloomberg Dollar İndeksi sabit qalıb.
ABŞ-ın istehlak qiymətləri indeksi (CPI, inflyasiya göstəricisi) məlumatları bu həftənin çərşənbə axşamı günü açıqlanacaq. Daha sonra çərşənbə günü FED, cümə axşamı Avropa Mərkəzi Bankı (ECB) və cümə günü Yaponiya Mərkəzi Bankı (BOJ) faiz dərəcəsi qərarını açıqlayacaq.
Analitiklərin FED-in qərarı ilə bağlı proqnozları müxtəlifdir. Bəzi analitklər FED-in bu iclasda faizlərini 0,25 faiz bəndi də artıraraq pauzaya keçəcək. Bəzi analitiklər isə FED-in faizləri sabit saxlayacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















