Dövlət Neft Fondunun investisiyaları zərər ilə nəticələnib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiyaları 2022-ci ildə 5,2% zərərə səbəb olub.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri 2022-ci ilin sonuna artaraq 49,03 milyard ABŞ dollarına yüksəlmişdir. Ümumi portfelin 62,1% və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6% və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya edilmişdir. Portfelin 6,2% və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1% və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil etmişdir.
Yaranma tarixindən 2022-ci ilin sonuna qədər ARDNF investisiyalardan toplam 7,8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2,3% gəlirliliyə bərabərdir. 2022-ci ildə Fondun gəlirliliyi -5,2% olmuşdur.
Ötən il ARDNF neft-qaz sazişlərindən 12 milyard 47,3 milyon dollar gəlir əldə etsə də, investisiya fəaliyyəti üzrə 2 milyard 461,3 milyon dollar zərər edib.
Hesabatla aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz:
ARDNF-nin 2022-ci il üzrə illik hesabatı: https://oilfund.az/report-and-statistics/get-download-file/7_2022_tam.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























