Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarda ötən gün ərzində dollar major valyutalar, xüsusi ilə Yapon yeni qarşısında kəskin şəkildə ucuzlaşıb. USDJPY valyuta cütlüyü ötən gün 151.950 səviyyəsini test etdikdən sonra ucuzlaşıb və hal-hazırda 150.000 səviyyəsinin yaxınlığında ticarət olunur. Dolların ucuzlaşması fonunda qızılın qiyməti bahalaşıb. Belə ki, dəyərli metal 2660$ səviyyəsinin üzərinə qalxıb.
Cümə axşamı günü Almaniyanın Federal Statistika İdarəsinin verdiyi məlumatlara əsasən, ölkədə İstehlak Qiymətləri İndeksi noyabr ayında illik ifadədə 2.2%, aylıq ifadədə isə -0.2% təşkil edib. Analitiklər illik inflyasiyanın 2.3% olacağını proqnozlaşdırmışdılar. Aylıq göstərici isə, ekspertlərin ehtimallarını təkrarlayıb.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard “Financial Times”-a verdiyi müsahibəsində, Avropanın siyasi liderlərini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ticarət tarifləri üzərində işləməyə və daha çox Amerika malları almağa çağırıb. O, hesab edir ki, şiddətli ticarət müharibəsi qlobal iqtisadi artımı məhv edə və hətta qlobal ÜDM-in azalmasına səbəb ola bilər.
Bugün Bakı vaxtı saat 14:00-da Avrozonada inflyasiya göstəriciləri dərc olunacaq. Analitiklər İstehlak Qiymətləri İndeksinin illik ifadədə 2.3% təşkil edəcəyini proqnoz edirlər. Həmçinin, Kanadada dərc açıqlanacaq ÜDM və Almaniyada açıqlanacaq İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















