Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən Amerikada proqnozların üzərində açıqlanan Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri fonunda dollar dünya birjalarında yenidən gücləndi.
Təchizat İdarəetmə İnstitutu (ISM) tərəfindən açıqlanan noyabr ayı məlumatlarına görə, ISM istehsal sənayesi PMI məlumatları əvvəlki aya görə 1.9 bənd artaraq noyabr ayında 48.4 bəndə çatdı.
Bu dövrdə qeydə alınan artıma baxmayaraq istehsal sektorunda daralmanın davam etdiyinə işarə edən indeks üçün proqnozlar göstəricinin 47.7 bənd səviyyəsinə çatacağı yönündə idi.
Noyabrda istehsal indeksi aylıq 0.6 bənd artaraq 46.8 bəndə yüksəldiyi halda, yeni sifarişlər indeksi 3.3 bənd artaraq 50.4 bəndə kimi artıb. Eyni dövrdə məşğulluq indeksi 3.7 bənd artaraq 48.1 bəndəçatıb.
Nəticədə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0460 və 1.2616 hədlərinə qədər geriləyib. XAU/USD isə 2667.00 - 2630.00 aralığında üfüqi dalğalanır.
Bugün Bakı vaxtı saat 11:00-da Türkiyədə, 11:30-da İşveçrədə İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq. Günün ən önəmli xəbəri isə, saat 19:00-da Amerikada dərc olunacaq JOLTS - Boş İşyerləri və Vakansiyalar Hesabatıdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz




























