Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın Kanada baş naziri Castin Trüdo və Meksika prezidenti Klaudiya Şeynbaum ilə aparılan müzakirələrdən sonra yeni gömrük tariflərinin tətbiqini 1 ay ertələməsi qlobal bazarlarda major valyutaların bahalaşmasına səbəb oldu.
EUR/USD 1.0380, GBP/USD 1.2470, AUD/USD 0.6255, NZD/USD 0.5060 hədlərinə kimi bahalaşdı. USD/JPY, USD/CHF, USD/CAD məzənnələri isə, müvafiq olaraq 153.200, 0.9050, 1.4330 həddlərinə kimi ucuzlaşdı. Dollar indeksi (DXY) isə 107.90 bənd həddinə kimi gerilədi.
“S&P 500”, dünən bazar ertəsi yaşadığı 2%-ə yaxınlaşan enişinin böyük hissəsini geridə qoydu. Bərpa Trampın yeni gömrük tariflərini bir ay müddətinə təxirə salmağa razılaşmasından sonra baş verdi.
ABŞ-ın 2 illik istiqrazlarının gəlirliliyi 4.26%-ə, 10 illik istiqrazlarının gəlirliliyi isə 4.57%-ə yüksəldi. Trampın tarifləri ertələməsi Asiya birjalarına da dəstək olub. Bu optimizm Honq-Konqda satılan və təxminən 4% dəyər qazanan Çin səhmlərində də əks olundu.
Yaponiya Bankının rəhbəri Kazuo Uedanın “biz deflyasiya deyil, inflyasiya içindəyik” dəyərləndirməsindən sonra, investorlar Yaponiya Bankının (BoJ) ata biləcəyi mümkün addımlarına fokslanıblar. Nəticədə, USDJPY məzənnəsində kəskin enişlər müşahidə olunur.
“Güvənli liman” missiyası rolu oynayan qızıl isə həftənin ilk iki günü ərzində ard-arda rekord təzələyir. Hazırda 2856$-dan təklif olunan “sarı metal” investorları qiymətləri 2850$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası 2900$-a kimi davam edə bilər.
Kriptovalyuta investorları Trampın tariflərinə müxtəlif aktivlərdəki mövqelərini azaltmaqla cavab verdilər.
Bugün isə Amerikada, İngiltərədə, Avrozonada və Almaniyada açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















