Avropanın ən böyük "vergi cənnəti" bağlana bilər: İrlandiya qlobal vergiyə qoşulur
Qlobal vergi razılaşmasına qarşı çıxan İrlandiya 15%-lik vergiyə razı olub. Şirkətlərə 12,5% olmaqla ən cazibədar vergi nisbətini təqdim edən ölkə qlobal vergi razılaşmasına qoşulmağı rədd edirdi.Böyük çoxmillətli şirkətləri üçün əsas vergi cənnəti olan İrlandiya, minimum qlobal korporativ vergi dərəcəsi tətbiq etmək üçün müqaviləyə qoşulmağa qərar verib.
Marja xəbər verir ki, bu barədə Bloomberg xəbər yayıb.
Dünya ÜDM-inin 90%-ni təmin edən dünyanın 130 ölkəsinin artıq qoşulduğu müqavilə, korporativ gəlir vergisinin ən azı 15% səviyyəsində təyin edilməsini tələb edir.
ABŞ-ın lobbiçilik etdiyi müqavilə İyul ayında OECD ölkələri tərəfindən təsdiqlənib və iştirakçıların hesablamalarına görə, büdcələrə hər il ən azı 250 milyard dollar əlavə vəsait cəlb edəcək.
12,5% gəlir vergisi alan İrlandiya, ABŞ-ın ən böyük texnologiya şirkətlərinin Avropadakı qərargahına çevrilib və hər il 2 milyard avroya qədər ziyan vurmaq riski var.
Maliyyə naziri Paskal Donoghue "Financial Times" a verdiyi müsahibədə, "bunun (15 % -ə keçidin) bütün dünyada baş verəcəyinə və İrlandiyanın bunu indi etməsinə kifayət qədər inam var" deyib.
İrlandiyada fərqli hökumətlər, aşağı vergi dərəcəsini kiçik bir iqtisadiyyata sərmayə cəlb etməyin bir vasitəsi olaraq israrlı bir şəkildə müdafiə edirdilər. Ölkə illik gəlirləri 750 milyon avronu aşan şirkətlər üçün mənfəət vergisini 12,5%-dən 15%-ə yüksəltmək barədə qərar qəbul edib.
Rəqəmsal vergi planının detallarını aydınlaşdırmaq üçün texniki danışıqlar cümə gecəsi Parisdə sona çatacaq.
Macarıstan, Fransanın İqtisadiyyat naziri Bruno Le Mairein "son 100 ilin ən böyük vergi razılaşması" adlandırdığı müqaviləyə qarşı çıxan yeganə Avropa Birliyi ölkəsi olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















