Türkiyənin ixracı 30% artıb, xarici ticarət kəsiri kəskin azalıb
Sentyabr ayında Türkiyənin xarici ticarət kəsiri ötən əvvəlki ilin eyni ayı ilə müqayisədə 47,5% azalaraq 4 milyard 856 milyon dollardan 2 milyard 547 milyon dollara geriləyib.
Marja Türkiyə Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, Türkiyənin ixracı 2021-ci ilin Sentyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 30% artaraq 20 milyard 780 milyon dollar, idxalı 11,9% artaraq 23 milyard 328 milyon dollar təşkil edib.
Sentyabr ayında xarici ticarət kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 47,5% azalaraq 4 milyard 856 milyon dollardan 2 milyard 547 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2020-ci ilin Sentyabr ayında 76,7% ikən, 2021-ci ilin Sentyabr ayında 89,1%-ə yüksəlib.
2021-ci ilin Yanvar-Sentyabr dövründə xarici ticarət kəsiri 14,6% azalaraq 37 milyard 876 milyon dollardan 32 milyard 351 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2020-ci ilin Yanvar-Sentyabr dövründə 75,8% ikən, 2021-ci ilin eyni dövründə 83,3%-ə yüksəlib.
Yanvar -Sentyabr dövründə iqtisadi fəaliyyətlərə görə ixracda emal sənayenin payı 94,6%, aqrar və balıqçılıq sektorunun payı 3%, mədən sektorunun payı 1,9% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















