Sorğu iştirakçılarının əksəriyyəti Maskın Tesla səhmlərinin 10%-ni satmaq variantını dəstəkləyib
Tesla şirkətinin qurucusu İlon Mask, Twitter istifadəçilərindən, Tesla səhmlərinin 10%-ni satıb-satmamasına qərar vermələrini istəyib. Nəticədə 3,5 milyondan çox sorğu iştirakçısının 57,9%-i qiymətli kağızların mümkün satışını dəstəkləyib. Bundan sonra sahibkar təsdiqləyib: “Mən istənilən nəticəni qəbul etməyə hazır idim”.Sahibkar İlon Mask Twitter səhifəsində, qurduğu Tesla şirkətinin səhmlərinin 10%-ni satıb-satmaması barədə sorğu keçirib.
Marja xəbər verir ki, Mask sorğuda,"Son dövrdə reallaşmamış qazancların vergi qaçırmaq olduğuna dair müzakirələr davam edərkən, Tesla səhmlərinin 10%-ni satmağı təklif edirəm. Siz dəstəkləyirsinizmi?" sualını verib.
Keçirilən sorğuda səs verən Twitter istifadəçilərinin əksəriyyəti onun Tesla şirkətinin səhmlərinin 10%-ni satmaq variantını dəstəkləyib.
Şənbə-bazar günləri keçirilən sorğunun yekun məlumatlarına görə, 3,5 milyondan çox seçicinin 57,9%-i Maskın şirkətdəki müəyyən payını satmalı olduğunu düşündüklərini bildiriblər.
Tesla-nın qurucusu səsvermənin nəticələrinə sadiq qalacağını bildirib. Musk səsverməyə yekun vurduqdan sonra "Mən istənilən nəticəni qəbul etməyə hazır idim" deyib.
Real vaxt rejimində aparılan “Forbes” (“Forbes”) milyarderlərinin reytinqinə əsasən, noyabrın 1-də İlon Mask tarixdə sərvəti 300 milyard dolları keçən ilk şəxs olub.
Tesla səhmləri, İlon Maskuın Twitter-dəki təqibçilərinin 10%-lik səhm satışına "bəli" demələrindən sonra bazarlar açılmadan əvvəlki əməliyyatlarda 7% ucuzlaşıb.
Demokratların təklif etdiyi milyarderlər vergisi təsdiq edilərsə dünyanın ən varlı insanlarından biri olan Mask böyük vergilər ilə qarşı-qarşıya qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















