Ağ Ev Baydenin neft ixracına qadağa qoymağı düşünüb-düşünmədiyi sualına cavab verməyib
Çərşənbə axşamı Ağ Ev, ABŞ prezidenti Co Baydenin neft ixracına qadağa qoymağı düşünüb-düşünmədiyi barədə suala cavab verməyib.
Marja xəbər verir ki, bazar ertəsi ABŞ-ın bir qrup demokrat senatoru ölkədə benzinin baha olması ilə bağlı dövlət başçısına məktub göndərib. Onlar Baydeni xam neftin ixracını qadağan etməyə çağırıblar.
Ağ Evin mətbuat katibinin müavini Karine Jean-Pierre prezidentin bu təklifi nəzərdən keçirib-düşünmədiyini soruşduqda, mətbuat brifinqində deyib: “Mənim sizin üçün konkret deyə biləcəyim heç nə yoxdur. Mən sizə sadəcə olaraq deyə bilərəm ki, biz burada nə edirik, yəni OPEC-i neft hasliatını daha çox atırmağa çağırırıq. Biz vəziyyəti diqqətlə izləyirik. Bizim "arsenalımızda" alətlər var, onların köməyi ilə potensial olaraq bu problemi həll edə bilərik". O, hansı vasitələrdən söhbət getdiyini açıqlamayıb.
"Biz yüksək enerji qiymətlərinin, xüsusilə soyuq aylarda istehlakçılara təsirindən çox narahatıq" - Ağ Evin rəsmisi bildirib.
ABŞ-ın strateji neft ehtiyatından istifadənin mümkünlüyü barədə suala o belə cavab verib: “Hazırda bizim [bu sahədə] elan edəcək heç bir şeyimiz yoxdur".
Çərşənbə axşamı günü ABŞ Energetika Nazirliyi 2021-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir qədər artırıb - bir barel üçün 71,4 dollardan 71,6 dollara. Agentlik həmçinin 2021-ci ilin sonuna kimi Brent neftinin kotirovkalarının orta hesabla 82 dollar/barel olacağını gözləyir. Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2021-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 80 min barel artıraraq gündəlik 11,1 milyon barrelə çatdırıb. 2022-ci ildə gözlənilən hasilat həcmi 170 min barel artırılaraq sutkada 11,9 milyon barelə qaldırılıb. Agentlik qeyd edib ki, oktyabrda ABŞ-da orta gündəlik neft hasilatı, Meksika körfəzində İda qasırğası səbəbindən hasilatın demək olar ki, tamamilə dayandırıldığı sentyabr ayı ilə müqayisədə 700 min barel artaraq gündəlik 11,4 milyon barrelə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















