Sığorta müqavilələrinə dair məlumatların əldə olunması daha əlçatan oldu
İcbari Sığorta Bürosu (Büro) elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə işləri uğurla davam etdirir.
Büronun İnformasiya Sistemində bağlanmış elektron icbari sığorta müqavilələri və sığorta hadisələri barədə məlumatların əldə edilməsi üçün yaradılan şəxsi sığorta kabinetinin imkanları genişləndirilir. Büro şəxsi kabinetindən daha çox vətəndaşın istifadə edə bilməsi üçün ASAN Login sistemi ilə inteqrasiyanı tam yekunlaşdırmışdır.
Bürodan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, artıq mobil nömrə ilə ASAN Login sistemindən qeydiyyatdan keçən vətandaşlar şəxsi sığorta kabinetinə daxil olub elektron sığorta müqavilələri və sığorta hadisələrinə dair məlumatları əldə edə biləcəklər. Bunun üçün ASAN Login sistemindən əldə edilmiş istifadəçi adı və şifrə ilə https://login.isb.az/oxauth/auth/login/login.htm linkindəki şəxsi kabinetə daxil olmaq lazımdır.
Qeyd edilib ki, şəxsi kabinetlərə giriş imkanının e-imzalar ilə məhdudlaşdırılması e-imza sahibi olmayan vətəndaşların şəxsi kabinetdən istifadəsinə maneə yaradırdı.
ASAN Login sistemi ilə Büronun informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması nəticəsində identifikasiya nömrəsinə sahib 3 milyona yaxın vətəndaş sığorta müqaviləsi və sığorta hadisəsi üzrə məlumatlarını şəxsi kabinet vasitəsilə izləyə bilmək imkanına sahib olacaqdır.
İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: Bu növlərin ikisi - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü artıq elektronlaşdırılıb. “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinin elektronlaşdırılması istiqamətində isə işlər aparılmaqdadır. Yeniliklər yaxın vaxtlarda içtimaiyətə təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
22 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















